Qızını məktəbə buraxmamaqda günahlandırılan xadimə cərimələnib

Tacikistan paytaxtı Düşənbənin Firdovsi rayon Məhkəməsi 16 yaşlı qızının təhsilinə mane olduğu qərarına gələrək xadimə qadını 6 min 800 somoni (625 ABŞ dolları) məbləğində cərimələyib.

Məhkəmənin sədr müavini Gülruxsor Aslamzoda həftəlik “Hüquq və cəmiyyət” qəzetində dərc olunan məqaləsində qeyd edib ki, 57 yaşlı Firuzə Saynuriddinova qızının icbari təhsil almasına “qəsdən” mane olub.

Saynuriddinovanın deyilənlərə münasibəti məlum deyil.

Bilinmir ki, ayda min somonidən bir qədər çox qazanan xadimə qadın 6 min 800 somoni cəriməni necə ödəyə bilib?

Əvvəllər Tacikistanda 9-cu sinfə qədər təhsil icbari sayılıb. Bu il fevralın 20-də Tacikistan parlamenti “Təhsil haqqında” Qanuna dəyişiklikləri qəbul edib. Bu dəyişikliklərə əsasən, 10-11-ci siniflərdə təhsil icbari xarakter alıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button