Xalq Cəbhəsi tərəfdarının saxlandığı bildirilir

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) tərəfdarı olduğu deyilən Elşən Kərimovun saxlandığı bildirilir.

Bu barədə onun yaxınları məlumat veriblər.

Məlumata görə, E.Kərimov aprelin 17-də Yevlax rayonunun Rüstəmli kəndində saxlanıb: “Elşən Rusiyada yaşayır. Dünən, aprelin 17-də atasının yasına gəlib. Elə yasın ortasında mülki geyimli, qara maskalı adamlar gəlib Elşəni aparıblar. Hər yerdə axtarmışıq, məlumat yoxdur”.

Yaxınları habelə deyiblər ki, baş verənlərin səbəbini bilmirlər. Onların sözlərinə görə, E.Kərimov Rusiyada xırda bizneslə məşğul olub və həmin ölkənin vətəndaşıdır.

Bütün bu deyilənlərə hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb.

AXCP-nin hazırda 5-dən çox fəalı uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla mühakimə edilsələr də, partiya onların siyasi sifarişlə şərləndiyini açıqlayıb. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button