Elnur Həsənovun həbsdə aclıq aksiyası keçirdiyi deyilir

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsdə olan fəalı Elnur Həsənovun artıq altı sutkadır 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirdiyi bildirilir.

Partiyadan deyiblər ki, bu gün, aprelin 23-də Penitensiar Xidmətin Əməliyyat-Rejim İdarəsinin rəisi Fikrət Qafarov onunla görüşərək bir saatdan artıq müddətə söhbət edib, bütün problemlərini dinləyib və qeydlər götürüb və “məsələni aidiyyatı orqanlara çatdıracağını söyləyib.”

AXCP-dən qeyd ediblər ki, E.Həsənov istintaq təcridxanasının tibb-sanitar hissəsində saxlanılır:

“Bu gün müayinə zamanı məlum olub ki, onun arterial təzyiqi 80/60-a düşüb”.

Bu açıqlamaya, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb

Həsənovun aprelin 18-də məhkəmədə çıxış etmək üçün hazırladığı qeydlərin götürülməsinə etiraz olaraq aclıq aksiyasına başladığı deyilir.

O, 2023-cü ildə noyabrın 28-də narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi) ilə həbs edilib. Fəal hesab edir ki, həbsinin əsl səbəbi yol polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir.

E.Həsənov bundan əvvəl də inzibati qaydada həbs edilib. O, xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılaraq 30 sutka inzibati həbs almışdı. AXCP üzvü onda da ittihamı qurama sayırdı.

AXCP-nin hazırda 10-dan çox fəalı həbsdədir. Onlar müxtəlif ittihamlarla mühakimə edilsələr də, partiya onların siyasi sifarişlə şərləndiyini açıqlayıb. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button