Qubad İbadoğlunun həbsi ev dustaqlığı ilə əvəzləndi

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlunun həbsi ev dustaqlığı ilə əvəz olunub. İstintaq müddətində o, ev dustaqlığında olacaq.

Bu barədə vəkil Bəhruz Bayramov məlumat verib.

Onun sözlərinə görə, vəsatətə bu gün, aprelin 22-də Nərimanov rayon Məhkəməsində baxılıb.

Vəkil vurğulayıb ki, məhkəmə müdafiə tərəfinin arqumentləri ilə razılaşaraq vəsatəti təmin edib.

Q.İbadoğlu məhkəmədən sonra evinə gedə biləcək.

Q.İbadoğlu ötən il iyulun 23-də həbs olunub. O, Cinayət Məcəlləsinin (CM) 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma) və həmin maddənin əlavə olaraq 3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) bəndi ilə ittiham olunub. Daha sonra ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Siyasətçi irəli sürülən bütün ittihamları saxta adlandırıb. Bir sıra beynəlxalq təşkilatlar da Azərbaycan hökumətini Q.İbadoğlunun işinə obyektiv baxmağa, onun hüquqlarının qorunmasına çağırıblar.

ADR dövlət qeydiyyatından keçməyib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button